Ana səhifə | Haqqımızda | Əlaqə aze | eng | rus

T E Z L İ K L Ə

Bu ilin aprel ayında Parisin Şarl Floke prospektində yerləşən və yenicə fəaliyyətinə başlamış Azərbaycan Mədəniyyət Mərkəzində “Home, sweet home” sərgisi çərçivəsində nümayiş olunan müasir Azərbaycan incəsənətinin nüsxələri Avropa tamaşaçının zövqünə oxşayırdı. Hazırda həmin, lakin müəyyən dəyişikliklərə uğramış və əlavə eksponatları əhatə edən sərgi Bakıda təşkil olunur. “Home, sweet home” sərgisində “ev” mövzusu ilə əlaqəli olan rəngkarlıq, fotoşəkil, instalyasiya və heykəltəraşlıq işlərini nümayiş etdilir. Işləri nümayiş olunan 15 müəllifin hamısı özünəməxsus tərzdə “ailə ocağı” mövzusu üzrəində dərindən düşünərək və qismən könüllərinə əziz olan mühafizəkar fikirləri yada salaraq, “evin” yeni surətini ecad etməyə çalışırlar. Onların diqqətini sadə və vərdiş etdikləri, həqiqətən mövcud olan və xəyali obyektlər cəlb edir. Sərgi eksponatları sırasında Faiq Əhməd, Faiq Əkbərov, Təhmin Əli, Çingiz Babayev, Rəşad Babayev, Rasim Babayev, Əli Həsənov, Arif Hüseynov, Ramal Kazımov, Aidə Mahmudova, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Fidan Seyidova, Sənan Ələsgərov və Rəşad Ələkbərov tərəfindən yaradılmış əsərlər var. 19.09.2013-cü il tarixdə Müasir İncəsənət Muzeyində keciriləcək sərgiyə dəvətlisiniz. sərgi 10 oktyabr tarixədək davam edəcək.

X Ə B Ə R L Ə R

05.06.2013-cu il tarixdə Əməkdar rəssam İsmayıl Məmmədovun fərdi sərgisi açılıb. Sərgidə rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.
Uşaqlar üçün ustad dərsləri! Rəsm, keramika, batika, fotoqrafiya dərsləri ugurla kecirildi
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç martın 13-də Müasir İncəsənət Muzeyində olublar.
XƏBƏR ARXİVİ

Müasir İncəsənət Muzeyinə Xoş Gəlmişsiniz!

Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avangardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir.Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edir.Muzey özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur və konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. Iki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “unudulmuş pilləkan” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.